Bizi izləyin

Ölkə futbolu

Milliləşdirmə biznesi – II yazı

Milli komandamızın Almaniya ilə oyunu öncəsi elə alman həmk…

blank
Milli komandamızın Almaniya ilə oyunu öncəsi elə alman həmkarlarımız şok iddia ilə qanımızı qaraltdı. Əslində, bu, bildiyimiz məqam idi. Lakin “Bild”in yazdıqlarından sonra bir daha aydınlaşdı ki, AFFA-dakı bir qrup adam dövlətin pulunu dağıtmağa and içib.
 
Ölkə futbolunu inkişaf etdirmək, gənc nəslin inkişafını təmin edib, yeni istedadları üzə çıxarmaq əvəzinə milli komandalarımızı əcnəbilərlə doldurmaq xətti götürən AFFA son illər fərqli taktika seçib. İndi ölkə xaricində oynayan, Azərbaycanla hansısa bağlılığı olan futbolçulara milli formanı geyindirmək dəb halını alıb.
 
Əslində, bu, daha məqbul variantdı. Lakin bir şərtlə ki, həmin oyunçular həqiqətən Azərbaycan millisinin formasını geymək üçün alışıb-yansınlar, daha hansısa fantastik para təklifii qarşısında bunu etməsinlər.
 
Emin Mahmudov və Ramil Şeydayev milli komandamızda oynamaq üçün əla təklifə “yox” deyə bilmədi. AFFA-nın onlara nə qədər pul verdiyini deyə bilmərik, lakin bu oyunçular “Boavişta”da və “Trabzonspor”da yerləşdirildi. Onlar öz güclərinə bu komandalara düşə bilməzdilər, bacarsaydılar, Emin Portuqaliyada barmaq sayı qədər oyuna çıxmaz, Ramil Trabzonda möhkəmlənər, Slovakiyaya getməzdi.
 
İndi də “Bild” nəşri millimizi seçən Renat Dadaşovun eyni xəttlə ölkəmizə gəldiyini yazıb. AFFA təkzib etsə də, Almaniyanın gənclərdən ibarət millisində oynayan hücumçunun Azərbaycan millisini seçməsinin səbəbi pul imiş: “Renat Dadaşov kimi futbolçunun Azərbaycan millisini seçməsi qəribədir. O, 17 yaşlı istedadlı futbolçudur, Almaniyada daha parlaq karyerası ola bilərdi. Çünki o, Almaniyanın 17 yaşlılardan ibarət millisində uğurlu çıxış edirdi, özünü yaxşı tərəfdən göstərmişdi. Onun Azərbaycan millisini seçməsində pul böyük rol oynayıb. O, 1 milyon dollar qarşılığında Azərbaycan millisini seçib. “Leypsiq”də ayına 2500 avro alan futbolçu böyük pullar qazanmaq üçün Azərbaycan millisində oynamağa razılıq verib”.
 
Azərbaycanda uşaq futbolunu məhz idarəçilərin səriştəsizliyi üzündən inkişaf etdirə bilməyən AFFA yenə dövlətin pulunu havaya sovurmaqla eyibini ört-basdır etmək istəyir. Bəli, Dadaşov azərbaycanlıdı və istedad sahibidi. Elə bu gənc sübut edir ki, azərbaycanlıdan futbolçu ola bilər, sadəcə, uyğun mühit, şərait yaratmaq lazımdı. AFFA isə 20 ilə yaxındı böyük pulları havaya sovurur, heç bir istedad üzə çıxmır. Çünki bünövrə düzgün qurulmayıb. İş sistemi çürükdü, idarəçilər/məşqçilər başdansovdu seçilib. Naşı bənnanın möhkəm ev tikməsi isə mümkünsüzdü.
 
Əslində, bu sistem AFFA-nın əksər başbilənlərinə də sərf edir. Dövlət rəhbərliyi, pul ayıran şəxslər onlardan hesabat istəmir, istəyəndə də bəhanələrə inanır. Belədə bir qrup işbaz milli komandanı gücləndirmək adı altında böyük pulların arxasına keçirlər. Çünki hər belə sövdələşmədə çox böyük faizlər məhz onlara çatır.
 
Dağıstanlıların milliləşdirilməsi üzrə monopoliya “Sumqayıt”ın prezidenti Kamran Quliyevə məxsusdusa, Almaniyadan gətirilən türklərə Bernard Lippert vasitəçilik edir. Azərbaycanla bağlılığı olanlar isə Riadblank Rəfiyevin sayəsində millimizdə oynayır.
 
Milli komandamızın meneceri olan Riad bəy baş katib Elxan Məmmədovdan böyük səlahiyyətlər alıb. Baş katibin komandadakı “eşidən qulağı” olan Rəfiyev bunun sayəsində hər oyundan çıxır. Eddi İsrafilova verilən milyonlar, Emin Mahmudov, Ramil Şeydayev, Dəniz Yılmaz transferləri və bir sıra başqa əməliyyatlar onun xidmətidi. Elnur Cəfərovun karyerasını öz qazancına görə məhv edən bu adam aşağı yaş qruplarına doldurduğu gəlməlrlə də məşhurdu.
 
Pavel Paşayevdən aylıq haqq aldığı deyilən bu adam millinin heyətini müəyyənləşdirəcək qədər səlahiyyətə sahibdi. Baş məşqçi Robert Prosineçkinin tərcüməçiliyini də edən cavan oğlan Paveli həmişə milliyə çağırtdırır. Paşayev “Qəbələ”də meydana çıxmayanda da millidə olurdu, “Stal”da ehtiyatda yatanda da. Bir ara onu “Neftçi”yə də calamaq istədi, lakin mətbuatın tənqidlərindən qorxub geri çəkildi.
 
Elxan Məmmədovun sağ əli öz işindədi. Dadaşovun keçidinə görə ayrılan böyük pulların faizini cibinə qoyub, himayədarı ilə bölüşəndən sonra indi də yeni planlar cızır. Bu adam həddi o qədər aşıb ki, millimizə gətirdiyi bütün futbolçulardan aylıq haqq tələb edir. Paşayev kimi üzüyolalar razılaşır və hansı formada olmasından asılı olmayaraq, milliyə çağırılır, bundan imtina edənlər isə milliyə həsrət qalır. Məsələn, Pərdis Fərcad Azad “ağıllı” olsaydı, hələ də milli üzvü olardı. Lakin o, faiz verməkdən imtina etdi və “vuruldu”.
 
Yəqin Pərdisin “İnter”ə transferi yadınızdadı. O, Bakı klubu ilə müqavilə bağlayan kimi şok videogörüntüləri üzə çıxdı. Çünki əvvəlki transferlərindən fərqli olaraq, “İnter”ə keçidini özü həll etmiş, onu ölkəmizə gətirənlərə haqq ödəməmişdi. Belədə keçmiş şərikləri 3 il əvvəlin (!!!) videosunu aktuallaşdırdı. Bu şantaj digərlərinə də dərs oldu.
 
Bu, Riadla bağlı yeganə fakt deyil. Qış fasiləsində Qazaxıstan klubunda olan Samir Məsimovu xatırlayın. Futbolçu bəyənilməsəydi, qısa müddətdən sonra geri qayıdardı. Lakin qazaxlar onu 3 həftə düşərgəsində saxladı, bütün toplanışlarda hazırlaşdırdı. Ayı 7 min dollarla ölçülən müqavilə imzalanarkən isə Rəfiyev ortaya çıxdı. Bu futbolçunun vaxtilə “Domjale”yə gedişindən qazanan menecer qazaxlardan 30 min dollar tələb etdi. Hansısa yolla futbolçunun “Neftçi”nin yetirməsi olduğunu iddia etdi və qazaxların ondan imtinasına nail oldu. Çünki Məsimov da ona faiz verməkdən imtina etmişdi. Belədə Samir keçidində heç bir rolu olmayan kiməsə haqq verməkdənsə, AZAL-da pulsuz oynamağa razı oldu.
 
Elə bilirsiz, Ufuk Budakın milliyə çağırılmamasının günahkarı Robert Prosineçkidi? Əsla. O da Rəfiyevlə işbirliyində olsaydı, sabah Almaniyaya qarşı start heyətində oynayardı.
 
Göründüyü kimi, bir qrup insan milli komandanı oyuncağa çevirib, ona qazanc vasitəsi kimi baxır. Biz isə uşaq futbolunun inkişafına ümid edirik…
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 15:16

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm