Ölkə kuboku
Rəşad Sadıqov: "Ən vacib anda komanda yaxşı oynamağa başladı"
“Karyeramın son illərində yenidən həm çempion olmaq,…
“Karyeramın son illərində yenidən həm çempion olmaq, həm də kuboku qazanmaq çox xoşdu”. Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.
Komandasının kapitanı Azərbaycan kubokunun finalında “Qəbələ” üzərindəki qələbəni (2:0) şərh edib. Sadıqov bildirib ki, qalib gələcəklərinə inamı az olub: “Sözün düzü, bu gün məğlub olacağımızı düşünürdüm. Birinci hissə gərgin keçdi. Ancaq uşaqlar ikinci hissədə artırdılar. Lazım olan qələbə qollarını vurdular”
Oyunun gedişində zədələndiyi üçün əvəzlənən kapitan vəziyyətinin nə yerdə olduğuna sabah aydınlıq gələcəyini açıqlayıb: “Dizim burxuldu. Bir az ağrı var. Zədəmin durumuna sabah tam aydınlıq gələcək”.
Mövsümü dəyərləndirən Sadıqovun sözlərinə görə, son görüşlərdə öz oyunlarını tapmaları xeyirlərinə işləyib: “Əvvəlki mövsümlərlə müqayisədə oyunumuzda çox anlarda problemlər oldu. Əvvəl 2-3 matçda çətinliklə üzləşirdiksə, 7-8, bəlkə də 10 görüşdə problemlə üzləşdik. Zədəlilərimiz çox oldu. Heyətdə milli üzvləri kifayət qədər idi. Bütün bunlar oyunumuzda geriləməyə səbəb oldu. Buna baxmayaraq, mövsümün sonunda, ən vacib anda komanda yaxşı oynamağa başladı. Son 5-6 qarşılaşmada özümüzə bənzədik və yaxşı futbol nümayiş etdirdik. Nəticədə mövsümü 2 titulla başa vurduq”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”