Ölkə futbolu
Rəşad Sadiqov üçün seçim anı
“Qəbələ”nin heyətində saxlamaq istəmədiyi Rəşad S…
“Qəbələ”nin heyətində saxlamaq istəmədiyi Rəşad Sadiqov seçim qarşısındadı. Yarımmüdafiəçi 2 Bakı klubundan hansında oynayacağını götür-qoy edir.
“Sumqayıt”ın da maraq göstərdiyi futbolçu “Neftçi” ilə ilki danışıqlar aparıb. Lakin paytaxt klubunun rəhbərliyi onun bir qədər gözləməsini istəyib. Klub rəsmiləri ayrılacaq büdcəni dəqiqləşdirdikdən sonra maliyyə məsələlərini müzakirə etmək niyyətindədi.
Lakin Rəşad çox gözləmək niyyətində deyil. “Neftçi” həftə ərzində Sadiqova konkret təklif etməsə, o, “Səbail”lə anlaşacaq. Debütantın baş məşqçisi Samir Əliyev komandaya bir neçə təcrübəli futbolçu cəlb etmək istəyir və Rəşadın azad agent olması göydəndüşmədi. Artıq rəhbərliklə bu barədə müzakirə aparan Əliyev Sadiqovun heyətə qatılmasının vacibliyin bildirib.
Düzdü, maliyyə baxımından “Neftçi”nin təklifi daha cəlbedicidi. Lakin klubun, eləcə də baş məşqçi Elxan Abdullayevin bu transferdə təkid etməməsi Sadiqovun xoşuna gəlməyib. Bu səbəbdən yarımmüdafiəçinin “Səbail”ə yollanmaq variantı da realdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”