Bizi izləyin

Müsahibə

Vaqif Heydərli Avropaya yenə futbolçu aparır: “Adlarını açıqlasam…”

FİFA meneceri Vaqif Heydərli “Apasport”a müsahibə …

blank

FİFA meneceri Vaqif Heydərli “Apasport”a müsahibə verib. 

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– “Sportinq”in B komandasında forma geyinən Budaq Nəsirovla, “Slaviya”nın U-19 və U-21 komandalarının üzvü Fərid Nəbiyevin menecerisiz. Bu futbolçuların hazırkı durumu sizi qane edirmi və onların gələcəyini necə görürsüz?
– Budaq milli komandaya gələnə qədər klubunda oynayırdı. Sadəcə, Almaniya ilə matçda zədələndi və ikinci oyuna ağrıkəsici iynə vurduraraq çıxmışdı. Bundan sonra müalicə aldı. Son 4-5 gündü məşqlərə qoşulub, artıq heyətə qayıtmalıdı. Yavaş-yavaş Avropaya uyğunlaşır. 2-3 dəfə kritik vaxtlarda zədə aldı. Keçən il məşqçi dəyişən vaxt zədələndi, 3 ay oynamadı. İndi də mütəmadi oynadığı vaxt millinin heyətində xəsarət aldı. Bir az bəxtsizlik oldu, amma toparlayacağına inanıram. Bu gün oynasa, müntəzəm çıxış etməyə başlayacaq.

Fəridə gəlincə, onda vəziyyət çox yaxşıdı. Bildiyiniz kimi, etimad göstərirlər və bütün matçlarda çıxış edir. Yaşı “Slaviya”nın 19 yaşlılarına da düşsə də, 21 yaşlılarda da oynayır. Karyerası inkişaf edən xətt üzrə gedir. Bu cür davam edəcəyi təqdirdə, qısa zamanda daha uğurlu nəticələr olacaq.

– Kamran Ağayev Portuqaliyadan sonra Çexiyada da çox qalası olmadı. Albaniyada özünü yaxşı tərəfdən göstərən Rauf Əliyev isə “Kukesi”dən ayrılıb və Azərbaycana qayıtmaq istəyir. Sizin futbolçularınızdan ölkəyə dönmək istədiyini deyən varmı? Razılaşın ki, bizim oyunçularda xarakter problemi var…
– Mən Avropaya əsasən gəncləri aparmağa çalışıram. Onların özlərini göstərmək, potensiallarını açmaq üçün qarşılarında daha böyük zamanları olur. Təbii ki, mentalitet olaraq, eyni millətik və hər bir futbolçunun xarakterində problem var. Amma cavanlarla bu barədə profilaktik söhbətlərin çox böyük təsiri olur. Onlarla daim əlaqə saxlayırıq, danışırıq. Bəli, hər bir insan üçün gedib başqa mühit və mentalitetə düşmək, özünü sübut etmək çətindi, əziyyətdi. Biz də müntəzəm olaraq, onlarla söhbət aparırıq, vəziyyəti izah edirik. Deyirik ki, böyük nəticələr qazanmaq, yaxşı, peşəkar futbolçu olmaq istəyirsinizsə, bu əziyyətləri keçməlisiz. Ola bilsin, zaman-zaman çətinliklər yaşanıb. Amma vəziyyət kritik həddə çatmayıb, çalışdığım futbolçular arasında “mən hökmən dönmək istəyirəm” deyən olmayıb.

– Ölkə xaricinə başqa futbolçular da çıxarmaq planınız varmı?
– İşlər gedir. Bu, uzun zaman alan prosesdi, qısa vaxtda əmələ gələn bir şey deyil. Budaqla Fəriddə də belə olub. Bizim futbolçulara Avropada etibar qazandırmaq elə də asan deyil. Oyunçularımız yüksək markalı deyillər ki, onlara bir anın içində təklif gəlsin. Bunun üçün zaman tələb olunur. Amma xaricə çıxarmaq istədiyim futbolçular var.

– Adlarını açıqlaya bilərsiz?
– Xeyr, olmaz. Məndə olsa, açıqlayaram. Amma iş prinsiplərinə görə ad çəkmək düzgün deyil. Çünki həmin futbolçuların klubları ilə müqaviləsi var. Danışıq apardığım oyunçuların adlarını açıqlasam, digər klublar ortaya girə bilər. Prosedur qaydası belədi. Məsələ həll olunmayana qədər ad çəkmək doğru çıxmır. Peşəkar klub danışıq aparıb, heyətinə qatmaq istədiyi futbolçunu müqavilə imzalamazdan öncə açıqlamaz.

– Neçə futbolçunun ölkə xaricinə çıxışı real görünür?
– Hazırda üçünün üzərində çalışıram. Birinin yaşı nisbətən azdı. Amma indidən apara bilsəm, bəlkə də, daha yaxşı səviyyəyə çıxar. Bildiyiniz kimi, Avropada müqavilə imzalamaq üçün futbolçunun yaşı minimum 18 olmalıdı. İkisi yaxın gələcək, biri isə bir qədər gec müddət üçün nəzərdə tutulub. Bu, indiyə olan məlumatdı. Say arta da və ya apardığımız danışıqlardan hansısa alınmaya da bilər. Sırf məndən asılı olmayan səbəblər də var.

– Ölkə xaricinə çıxmaqla bağlı özü sizə müraciət edən futbolçu varmı? Yoxsa ancaq siz bu təşəbbüslə çıxış edirsiz…
– Son vaxtlar belə istəklə müraciət edən futbolçularımız çoxalıb. Amma istəməklə deyil. Mən də Avropada böyük menecer şirkətinin sahibi olmaq, daha yüksək səviyyəli futbolçularla işləmək istəyirəm. Lakin təkcə mənim istəyimlə alınan bir şey deyil. Bunun üçün işləmək lazımdı. Futbolçuların istəməkləri təqdirəlayiq haldı. Əvvəl belə düşünmürdülərsə, indi həvəsləniblər. Təbii ki, onlara dərhal “sən bacarmazsan” cavabını vermirik. İzah edirik ki, xaricə getmək üçün sən olduğun yaş qrupunda əsas heyətdə oynamalı, öndə gedən futbolçu olmalısan. Bu kriteriyalar yoxdusa, həmin futbolçuları xaricə klublara təklif etməyin mənası yoxdu. Müraciət edənlərin içində ən bacarıqlıları seçirik. Bu gün ciddi fikirdə olmadığımız hər hansı futbolçu çempionatın ikinci yarısında üzə çıxa, potensialını göstərə və onun haqda fikrimiz dəyişə bilər. Futbolçu oynamayanda çox şey itirir, oynayanda isə əksinə.

– “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində oynaması azərbaycanlı futbolçuları xarici klublara təklif etmək baxımından sizin işinizi asanlaşdırıbmı?
– Təbii. Mən həmişə deyirəm ki, “Qarabağ”ın, o cümlədən digər klublarımızın beynəlxalq arenada qazandığı hər uğur bizim işimizə dəstəkdi. Bura milli komandalarımızın istənilən uğurlu oyununu da aid edirəm. Biz də həmin matçlara əcnəbi skautları, xarici klubların nümayəndələrini dəvət etməyə çalışırıq. Bunlar bir-birinə zəncirvari bağlı məsələlərdi.

– “Qarabağ”ın hansısa futbolçusu ilə bağlı xarici klublardan sizə müraciət edən, vasitəçiliyinizi istəyən olubmu?
– Adını açıqlamayacam. Amma bir futbolçu ilə bağlı soruşublar. Real müstəvidə deyil, sadəcə, fikrimi öyrəniblər. Mən də futbolçu və insani keyfiyyətləri haqda lazımi məlumatları vermişəm. Lakin məsələ ikinci mərhələyə keçməyib. İkinci mərhələyə keçsə, artıq “Qarabağ”a müraciət olunacaq.

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 15:16

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm