Bizi izləyin

Ölkə futbolu

Məşqçi dəyişikliyi ilə sistem qurmaq olmaz: işlək komanda lazımdı

Milli komandalardakı məlum dəyişikliklər, yenilənmələr mü…

blank
Milli komandalardakı məlum dəyişikliklər, yenilənmələr müsbət effektini vermir. Belə davam etsə, “Qarabağ”la tarixə düşən, hamının ölkə futbolunun xilaskarı kimi baxdığı Qurban Qurbanov da “xərclənəcək”.
 
Qurbanovun millinin baş məşqçi postuna təyinatı ən yüksək səviyyədə istənmişdi, azarkeşlər, futbol ictimaiyyəti də bu məsələdə yekdil idi. Lakin AFFA-da kök salan işbazlar, yığma komandalar sayəsində qaz vurub, qazan dolduranlara bu seşim sərf etmir. Çünki Qurbanov rüşvətsiz, tapşırıqsız və ən əsası, qara işlərdən kənar olan sistem qurmaq istəyir. Bu sistem futbol üçün vacibdi, amma bəzi məmurlar üçün yox. Və onlar indi Qurban bəyi hər addımda büdrətməyə, süni əngəllərlə bezdirməyə, nüfuzdan salmağa cəhd edirlər.
 
Bütün milli komandalara nəzarəti ələ alan mütəxəssis iş metodu ilə bir çox problemləri həll etsə, bu, sabiqlərin ifşa edilməsi olacaq. Deməli, 10-15 ildi futbola rəhbərlik edənlər, onun vasitəsi ilə cibini dolduranlar zamanı boşa verib, milyonları havaya sovurub. Məhz bu səbəbdən həmin adamlar özlərinin bacarmadığına Qurbanovun nail olmasına da imkan vermək istəmir. Hər yerdə süni əngəllər, təzyiqlər…
 
Əslində, Qurbanov yolun əvvəlində ikən səhvlər edir – AFFA hər şeyə nəzarət edə bildiyi “Qarabağ” deyil. Klubdakı kimi işinin ağası olmaq üçün Qurban bəy mütləq öz komandasını yaratmalıdı. Və bu komanda müxtəlif millilərə təyin edilən məşqçilərdən, onların seçdiyi futbolçulardan ibarət olmamalıdı.
 
İndiki halda, milli ilə bağlı bütün məsələlərin mərkəzində baş məşqçinin adı var. Qurbanov rəqib seçimindən tutmuş ən xırda detala kimi, bütün məsələlərdə cavabdeh adamdı. Belə gərgin qrafikdə, iş rejimində səhvlər, yanlış addımlar qaçılmazdı. Üstəlik, “Qarabağ”ın da problemləri var və Qurban bəy çəkə biləcəyindən artıq yük götürüb. Bəlkə də öhdəsindən gəlmək olar, lakin AFFA-nın daxilində bu qədər badalaqvuran varkən, çox çətindi.
 
Qurbanov işə məşqçi təyinatları ilə yox, komandasını formalaşdırmaqla başlamalı idi. Və hələ də gec deyil. Yığmaları AFFA-dan qismən ayırmaq, muxtar tipli bir qurum yaradılmasına nail olmaq mütləqdi: Peşəkar Futbol Liqası kimi. Deyək ki, Milli Komandalar Departamenti… Və ora nüfuzlu biri rəhbər qoyulmalıdı. Elə bir rəhbər ki, yığmaların problemlərinin vaxtında həllinə nail olsun, təşkilati məsələlərdə məşqçilərdə hansısa sual yaradacaq boşluğa imkan verməsin və təzyiqləri Qurbanovdan öncə qarşılasın. Bu sistemin içində Qurban bəy bir qədər əlçatmaz olmalı, fikrini yalnız sistemin oturdulmasına, yaşıl meydana yönəltməlidi.
 
Bu departament təkcə rəhbərdən ibarət olmamalı, milli ilə bağlı bütün sahələri əhatə etməlidi. Seleksiyaçılar, menecerlər, məşqçilər, həkimlər qrupu olmalıdı. Qurbanov milli komandaya mətbuat katibi gətirib, amma hələ də onun fəaliyyət göstərməsi üçün şərait yoxdu. Halbuki milli komandayla bağlı hətta sayt açmaq, sosial şəbəkədə iş qurmaq da lazımdı. Qurbanovun tələb etdiyi baza problemi həllini tapmayıb, süründürməçilik davam edir. Və bütün bu süni əngəllər yeni sistemin yaradılmasını axsadan, bəlkə də təməldən uğursuz edəcək faktorlardı.
 
Qurban bəy bu məsələlərə ciddi yanaşmalı, seçmə mərhələnin startınadək problemləri yoluna qoymalı, daha sonra rahatca işləməlidi. Sonra gec olacaq, Millətlər Liqasındakı mümkün uğursuzluq, 1-2 yoxlama matçında məğlubiyyət onun uğurunu istəməyənlərə şans verəcək. Millidə alacağı maaşla bağlı söz-söhbət, ardınca avtomobili ilə bağlı müzakirələr boşuna deyildi, qarşıda hələ onun ictimai nüfuzuna zərbə vurmağa hesablanmış yeni hoqqalar da olacaq – fitnəkarlar yatmayıb.
 
Yuxarıda sadaladıqlarımızı təmin etmək heç də çətin iş deyil. Berti Foqts üçün havaya sovrulan milyonları demirik, təkcə Robert Prosineçkinin maaşının 1/3 hissəsi ilə kompleks iş görmək olar. Xorvat məşqçiyə verilən 1,2 milyon avronun boşuna getdiyini zaman sübut etdi. İndi Prosineçki Bosniya və Herseqovinada ilinə 180 min avro alacaq – Azərbaycanda ayyarıma qazandığı qədər. Robertə yeni müqavilə üçün 1,5 milyon təklif edənlər indi həmin məbləğin kiçik bir hissəsi ilə ölkə futbolunun taleyini dəyişəcək sistemin qurulmasına razı olmalıdı.
 
Qurbanovun da xərclənməsinə imkan vermək olmaz. Nüfuzu, bacarığı, vətənpərvərliyi, dürüstlüyü ilə tanınan, zəhməti hesabına zirvədə olan bu məşqçiyə badalaq vurmaq yox, ona dəstək olmaq lazımdı. AFFA buna istəyirmi? Son xəbərlər sevindirici deyil…
 
CAVAD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 15:16

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm