Müsahibə
Samir Əliyev: “İstədiyimiz səviyyədə deyilik”
Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Keşl?…
Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Keşlə” ilə bərabərə qalan (1:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransı təşkil edilib.
Dsport.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
– Adətən, qonaq komanda mətbuat konfransına daha tez gəlir. Siz isə bir qədər gec gəldiz. Gecikməyə səbəb nə idi?
– Komanda rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Onlarla danışırdıq. Gecikməyə səbəb bu idi.
– Komandadan razı qaldız?
– Yeni sistemlə çıxış edirik. Heyətdə yeni futbolçular var. İstədiyimiz səviyyədə deyilik. Anlaşma o səviyyədə deyil. İnanıram ki, oyundan-oyuna düzələcək. Düzdü, nəticə də lazımdı, ancaq nəticədən də əsas komanda formalaşdırmaqdı. Biz Premyer Liqada yeni komandayıq. Çalışırıq ki, növbəti mövsüm üçün yaxşı komanda formalaşdıraq.
– Bu gün yeni sistemlə çıxış etdiz. Bütün oyunlarda bu sistemdən istifadə edəcəksiz?
– Çox çətin sistemdi. Hələ bu barədə qərar verməmişəm.
– Vüqar Nadirov qol epizodunu qaçırdıqdan sonra onu əvəzlədiz. Bu, həmin epizodla bağlı deyildi ki?
– Yox, əvəzetmələri əvvəlcədən planlaşdırmışdıq. İstəyirdim ki, yeni oyunçulara da şans verim,
– Bu gün Kərim Diniyevi yeni mövqedə sınadız…
– Kərim komandaya yeni gələndə onunla danışdıq və o həmin mövqedə çıxış edə biləcəyini dedi. Onun üçün yeni mövqedi, inanıram ki, gələcəkdə hər şey öz qaydasına düşəcək. (Komanda)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”