Ölkə futbolu
Mirabdulla məşqçisini yalançı çıxardı
Topaz Premyer Liqasının XV turu çərçivəsində bu g&u…
Topaz Premyer Liqasının XV turu çərçivəsində bu gün "Neftçi" "Kəpəz"i yeganə qolla yendi. Oyuna sonradan daxil olan Mirabdulla Abbasova qəhrəmana çevrilmək üçün 4 dəqiqə bəs etdi.
82-ci dəqiqədə oyundaşını əvəz edən forvard 86-da tablodakı sıfırlardan birini pozdu və bu qələbə bakılıların baş məşqçisi Tərlan Əhmədovu rahatlatdı. Baxmayaraq ki, çalışdırıcı oyundan sonra bu hücumçunun cəmi 20-25 dəqiqə oynamaq gücündə olduğunu bildirdi.
Amma Mirabdulla belə düşünmür. O, matçdan həmən sonra açıqlamasında tam hazır olduğunu söylədi:
– Çox vacib qələbə idi. Psixoloji cəhətdən vacib oldu. Təlim-məşq toplanışındakı məğlubiyyətlər səbəbindən üzərimizdə təzyiq var idi. Qələbə yerinə düşdü. Şadam ki, qol vurdum.
– Vacib anlarda qələbə qolunu vurursan. Amma bu gün baş məşqçi start heyətdə 20 kq artıq çəkisi olan futbolçuya şans verir…
– Bu, baş məşqçinin seçimidir. Mən hər seçimə hörmətlə yanaşıram. İşim meydana çıxıb qol vurmaq və komandama kömək etməkdir.
– Antalyadakı təlim-məşq toplanışında bütün oyunlarda məğlub oldunuz. Komanda üzərində böyük basqı var idi. Bu, qarşılaşmadan öncə hiss olunurdu?
– Təbii ki, üzərimizdə təzyiq var idi. Bizim üçün çətin idi. Ancaq sevinirəm ki, qalib gəldik.
– Baş məşqçi bildirdi ki, tənbəlsən və matçı tam şəkildə oynamaq üçün hazır formada deyilsən. Bəs, sən 90 dəqiqə oynamağa hazırsan?
– Hazıram.
– "Neftçi" bu qələbə ilə təzyiqləri azalda biləcək?
– "Neftçi"nin üzərində həmişə təzyiq var. Bizə qalib gəlmək lazım idi. Şükürlər olsun ki, bacardıq.
– "Sumqayıt"la xal fərqi ikiyə endi. Növbəti turda məhz bu komandanın qonağı olacaqsız…
– Bəli, 6 xallıq oyun olacaq. Əlimizdən gələni edəcəyik ki, qalib gələrək turnir cədvəlində "Sumqayıt"ı qabaqlayaq.
CAVAD
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”