I Liqa
“Qəbələ”nin futbolçusu Divizion klubunda
Birinci Divizion təmsilçisi “Turan Tovuz” bu qış…
Birinci Divizion təmsilçisi “Turan Tovuz” bu qış heyətinə qatdığı yeni transferlərini təqdim edib.
Futbolinfo.az xəbər verir ki, Tovuz klubu dövrələrarası fasilədə heyətinə 5 yeni futbolçu cəlb edib.
“Turan Tovuz”un yeni oyunçularından biri elita təmsilçisi “Qəbələ”nin üzvü Vüsal Mustafayevdi. Digər futbolçular isə elə digər Birinci Divizion klublarından transfer edilib. Bunlar Rəhman Musayev (MOİK), Elvin Mirzəyev (Binə), İlqar Hüseynov və Elməddin Hüseynzadədi (hər ikisi “Mil-Muğan”).
Qeyd edək ki, E.Hüseynzadə bu gün Birinci Divizionun 14-cü turu çərçivəsində MOİK-lə ev oyununda “Turan Tovuz”da qol hesabını da açıb. Lakin komandası sonda meydanı 1:1 hesablı məğlubiyyətlə tərk edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”