Ölkə futbolu
“Prosineçki Azərbaycana yaxşı maliyyəyə görə getdi”
“Robert Prosineçkinin “Srvena Zvezda”da yegan…
“Robert Prosineçkinin “Srvena Zvezda”da yeganə qazancı ölkə kuboku oldu. 2012-13 mövsümünün əvvəlində isə Avropa Liqasının pley-off mərhələsində "Bordo" ilə keçirilən oyun öncəsi istefa verdi”. Futbolinfo.az saytı xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
“Srvena Zvezda”nın sabiq baş məşqçiləri barədə yazı dərc edən həmkarlarımız Azərbaycan millisinin keçmiş çalışdırıcısı Robert Prosineçkini də xatırlayıblar. Hazırda Bosniya və Herseqovina yığmasının “sükanı arxası”nda olan mütəxəssisin millimizdəki fəaliyyətinə toxunan yerli KİV bunu elə də uğurlu saymayıb.
Onlar hətta Xorvatiya futbolunun canlı əfsanəsinin ölkəmizə gəlişini sürpriz adlandırıblar: “Prosineçkinin “Srvena Zvezda”dan ayrıldıqdan sonra “Kayserispor”dakı ilk ili əla alındı. Hətta həmin mövsümün sonunda adı “Beşiktaş”la hallanmağa başladı. Amma Türkiyənin kiçik klubunda qalmağı üstün tutdu. Növbəti mövsümü “Kayserispor” zəif keçirdi. Prosineçkinin bundan sonrakı addımı – Azərbaycan yığmasını seçməsi sürpriz oldu. O, Azərbaycana yalnız yaxşı maliyyə imkanlarına görə getdi. Lakin yığmanı uğur qazanmaq şansı olmadan çalışdırdı. Bosniya və Herseqovinada isə vəziyyət belə deyil. Orda iddialı layihəyə start verib”.
Qeyd edək ki, 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırmış Robert Prosineçkinin baş məşqçi kimi ilk komandası “Srvena Zvezda” olub. 49 yaşlı mütəxəssis karyerasında hələlik yeganə nailiyyətini də Belqrad təmsilçisi ilə qazanıb. Belə ki, onun 2010-2012-ci illərdə çalışdırdığı komanda bu müddətdə 1 dəfə (2011-12) Serbiya Kubokunun qalibi olub. (Apasport)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib