Ölkə futbolu
Yuri Maksimov daha bir il “Keşlə”də!
“Keşlə” klubu əsas komandanın baş məşqçisi Y…
“Keşlə” klubu əsas komandanın baş məşqçisi Yuri Maksimovla müqavilənin müddətini uzadacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçinin baş direktoru Rəmiş Malıyev açıqlama verib. Klub rəsmisi bildirib ki, 50 yaşlı ukraynalı mütəxəssislə daha bir il əməkdaşlıq edilməsi ilə bağlı ilkin razılıq əldə olunub:
“Maksimovun işini qənaətbəxş sayırıq. Baş məşqçimiz özü də Azərbaycandakı fəaliyyətindən razıdır. Onunla müqavilə müddətinin uzadılması ilə bağlı söhbətimiz olub və ilkin razılıq əldə edilib. Maksimovla bir illik sözləşmə imzalanacaq".
Malıyev "Keşlə”nin heyətində yer alan futbolçuların əksəriyyətinə də yeni müqavilə təklif edəcəklərini deyib. Klub rəsmisi oyunçularla artıq bununla bağlı söhbət etdiklərini və onların fikirlərini öyrəndiklərini vurğulayıb.
Qeyd edək ki, Yuri Maksimov ötən il dekabrın 25-də "Keşlə” ilə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkib. Onun rəhbərlik etdiyi kollektiv mayın 28-də Azərbaycan Kubokunun finalında "Qəbələ” ilə qarşılaşacaq. Paytaxt təmsilçisi Premyer Liqada 6-cı yeri tutub (Report).
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”