Ölkə futbolu
Rəqib hücumçu: “Hamının çempion olmaq şansı var”
Kosovo millisinin və Hollandiyanın "Villem II" klubunun h&…
Kosovo millisinin və Hollandiyanın "Villem II" klubunun hücumçusu Donis Avdiyay futbolinfo.az saytına müsahibə verib. Sentyabrın 7-də Bakıda millimizə qarşı oynayacaq futbolçu iddialı danışıb.
– Millətlər Liqasında ilk oyuna hazırsız?
– Ümid edirəm ki, azarkeşlərlə bol bir matç izləyəcəyik. Bakıda yaxşı ab-hava olacağına inanıram. Ona görə də bizi gərgin bir matç gözləyir. Yaxşı nəticə üçün meydana çıxacağıq.
– Kosovonu favorit saymaq olar?
– Bu barədə heç nə deyə bilmərəm. Hər iki komanda qalib gələ bilər. Kim daha çox istəyəcək, o meydandan 3 xalla ayrılacaq. Amma ümid edirəm ki, sonda sevinən tərəf Kosovo millisi olacaq.
– Millətlər Liqasında qalib gəlmək üçün sizə nə lazımdır?
– Hazırki vəziyyətdə sadəcə, yaxşı hazırlaşıb oynamaq lazımdır. Heç kim nə olacağını deyə bilməz. Bütün komandaların burada çempion olmaq şansı var. Hər bir rəqib özünü göstərə bilər. Müasir futbolda zəif anlayışı qalmayıb.
– Azərbaycan millisinin futbolçularını tanıyırsız?
– Əlbəttə ki, bir neçə futbolçunu tanıyıram. Ümumiyyətlə, komandanızı izləmişəm. Ən çox diqqətimi Riçard Almeyda və Dmitri Nazarov çəkib. Hər ikisi milliləşdirilmiş legionerlər olsalar da, yaxşı tərəfdən özlərini göstərə bilirlər. Ramil Şeydayevin Rusiya çempionatında oynaması da diqqətimdən yayınmadı.
– Heyətinizdə itkilər var…
– Valon Berişanın yoxluğu xüsusi diqqət çəkir. Amma onun yerini dolduracaq oyunçularımız var. Hamı meydana çıxıb bütün gücü ilə oynayacaq.
– Baş məşqçiniz Bernard Şalland Azərbaycanı favorit, Kosovonu “körpə” adlandırıb…
– O, bunu yəqin ki, komandamızın gənc olmasına görə deyib. Amma burada bir problem görmürəm. Biz yaxşı komandayıq, gəncik, amma özümüzü göstərməyə çalışacağıq.
CAVAD
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”