Müsahibə
Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”
“Zirə”nin hücumçusu Riçard Qadzenin fu…
“Zirə”nin hücumçusu Riçard Qadzenin futbolinfo.az-a müsahibəsi
– “Qəbələ” ilə oyundakı gözlənilməz məğlubiyyətin səbəbini nədə görürsünüz?
– Bəli, çox acı məğlubiyyət oldu. Əslində, biz heç belə gözləmirdik. Oyuna yaxşı hazırlaşmışdıq. Lakin belə oyunları unudub, irəliyə baxmaq lazımdı. Qarşıdakı matçlara hazırlaşmalıyıq.
– Məşqçiniz komandanın çox aşağı səviyyədə oynadığını dedi. Razısan?
– Səmimi danışsaq, onunla razılaşıram. Gözlədiyimizdən çox aşağı səviyyədə oynadıq. Bunu təkzib etmək olmaz.
– “Keşlə” üzərində 3:1 hesablı qalibiyyətdən sonra qısa müddətdə nə dəyişdi ki, belə məğlub oldunuz?
– “Keşlə”yə qarşı tam fərqli oynamışdıq. Həmin matçdan sonra ümid edirdik ki, qarşıda da yaxşı oyun göstərə biləcəyik. Sanki özümüzdən daha çox arxayın idik. Əslində özünə inanmaq komanda adına çox yaxşıdı, lakin bunu düzgün istiqamətdə yönləndirməli idik. Bacarmadığımız üçün cəzalandırıldıq.
– Məşqçi dəyişiklikləri bu nəticələrdə rol oynayırmı? Qeyri-sabit çıxışın səbəblərindən biridirmi?
– Xeyr, mən belə düşünmürəm. Bu situasiya məşqçi amili ilə bağlı deyil. “Qəbələ”yə qarşı oynadığımız heyət və sistem “Keşlə” ilə matçdakının eynisi idi. Sadəcə, motivasiya burda rol oynadı. İstənilən səviyyədə köklənməmişdik.
– Hər hansı hədəf, təzyiq varmı üzərinizdə?
– Üzərimizdə heç bir təzyiq yoxdu. Klub rəsmilərindən tutmuş texniki heyətə qədər hər kəs eyni amal uğrunda mübarizə aparır.
– İkinci dəfə qayıdışından sonra Premyer Liqada inkişaf, yoxsa geriləmə görürsən?
– Hər kəsin bir fikri var, müxtəlif cür düşüncələr səsləndirilir. Bu subyektiv amildi. Mən isə düşünürəm ki, burda həmişə mübarizə var və oyunlar heç də asan keçmir.
– Kubok matçındakı böyükhesablı qalibiyyətdən sonra yəqin ki, “Səbail”lə matça daha asan köklənəcəksiniz?
– Vacib oyun olacaq. Yaxşı hazırlaşmalıyıq və qələbə qazanmalıyıq.
– Bir neçə gün ərzində 3 dəfə eyni komanda ilə qarşılaşacaqsınız. Bu sizi yormayacaq?
– Biz gərgin əmək sərf edirik, səbrli davranırıq ki, nəticə qazanaq. Bir komanda ilə nə qədər qarşılaşsaq, qalib olmaq niyyətindəyik.
– Tam gücünlə oynaya bilirsən, yoxsa daha yaxşı Qadze görəcəyik?
– Yaxşı formada olduğum üçün xoşbəxtəm. Daha çox qol vuracağıma ümid edirəm. Amma bu mənim üçün prioritet deyil. Daha önəmli komandanın nəticələridi. Oyunumuz uğurlu olsa, qollar da gələcək.
– Burada qalmaq fikrindəsən, ya daha yaxşı təklif gəlsə, yenə gedə bilərsən?
– Bilmirəm. Önəmli olan indi “Zirə“dəyəm və klubun bir parçasıyam.
CAVAD
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”