Bizi izləyin

Ölkə futbolu

Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

"Qarabağ"ın bosniya və herseqovinalı qapıçısı …

blank

"Qarabağ"ın bosniya və herseqovinalı qapıçısı Asmir Beqoviç ölkəsinin mətbuatına geniş müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper söhbətə yığmanın sabiq baş məşqçisi Robert Prosineçki ilə münasibətlərindən danışmaqla başlayıb:

"Bilmirəm, niyə haqqımda bu qədər şayiə yayıldı. Mən ilk gündən millidə oynamağa hazır idim. Prosineçki ilə danışmışdım. Bütün digər oyunçular kimi dəvət gözləyirdim. Amma o, hər dəfə mənə bir söz deyirdi, mətbuatda isə başqa fikirlər səsləndirirdi. Yalan danışması məni daha çox məyus etdi. Baş məşqçiyə problemlərimi danışdım və istədiyim cavabı aldım. Bildirdim ki, dediyim sözlərin arxasındayam. O isə məni aldatdı. Düşünürəm ki, 10 il millinin formasını geyinmiş biri olaraq, buna layiq deyiləm. İstənilən qərara hörmətlə yanaşıram.

Ancaq Prosineçkinin yalandan bəzi oyunlarda oynamaq istəmədiyimi deməsini qəbul edə bilmirəm. Yenə deyirəm, mənim heç kimlə problemim olmayıb. Problemi həll etmək üçün Sarayevoya mənimlə danışığa gəldi. Dürüst davranacağını söyləsə də, bacarmadı. Öz işidir. Bir neçə səbəbi var idi. Amma onları heç vaxt mənim üzümə demədi. Sadəcə, nağıl danışdı. Mən isə hər şeyi arxa planda saxlamağa, ictimaiyyətə bildirməməyə çalışdım. Çünki milli komandanın nəticələri və uğurları birinci dərəcəlidir. Baş məşqçinin kimliyindən asılı olmayaraq, hər zaman millidə oynamağa hazıram".

Mövsümün əvvəlində icarə əsasında "Qarabağ"a qoşulan Beqoviç paytaxtımızdan da söz açıb: "Uzun müddətdir İngiltərədə yaşayıram. Hətta orada təhsil almağa da başlamışdım. Bütün futbolçuları, stadionları, məşqçiləri, hakimləri tanıyıram. Hər zaman yeni nələrsə etmək istəmişəm. Düşünürəm ki, "Qarabağ"a keçidim bu mənada əla gediş idi. Bakı haqda bəzi əsas məlumatları bilirdim, amma xoş sürprizdən qaçmaq mümkün deyil. Şəhər həqiqətən əladır, insanlar çox yaxşıdır. Klubda hər şey yüksək səviyyədə təşkil olunub. Ona görə də hazırkı vəziyyətdən razıyam".

Azərbaycan futbolunun səviyyəsinə də toxunan təcrübəli qapıçı müsbət fikirlər səsləndirib: "Bayaq da dediyim kimi, "Qarabağ" həqiqətən yaxşı təşkilatlanmış klubdur. Hətta onu böyük Avropa klubları ilə də müqayisə etmək olar. Öz bazamız var. Klubda çalışan insanlar işlərini yüksək səviyyədə görürlər. Deyə bilərəm ki, "Qarabağ" Avropa klublarından elə də geri qalmır. Çempionat kifayət qədər yaxşıdır. Çoxlu pul qoyulur, ölkədə kifayət qədər əcnəbi futbolçular var. Yerli oyunçular da əzmkardır və legionerlərdən geri qalmamağa çalışırlar. Məni yerli infrastruktur və meydançaların vəziyyəti də heyrətə gətirdi. Hava şəraitindən asılı olmayaraq, heç vaxt pis meydançada oynamadıq".

Yayda daha güclü klublardan təklif alan Beqoviç "Qarabağ"a verdiyi sözə görə onlara "yox" deyib: "Etiraf etməliyəm ki, vəziyyət mənə bir az qəribə gəldi. Çünki son aylarda "Bornmut"da baş verənlərə öyrəşə bilmədim. Onlar məni inandırdılar ki, hər şey yaxşı olacaq. Son ana qədər gözləsəm də, şans vermədilər. İlk təklif "Qarabağ"dan gəldi. Bundan sonra daha bir neçə dəvət aldım. Hansı ki, daha güclü liqa təmsilçiləri idi. Amma sözümün üstündə durdum və "Qarabağ"ı seçdim".

Dekabrın sonunda "Qarabağ"la müqaviləsi başa çatacaq Beqoviç Ağdam klubunda qalmağın əleyhinə deyil: "Gələn ayın əvvəlində kluba hesabat verməliyik. Yalnız bundan sonra nə olacağını görə bilərik. "Qarabağ"a əvvəlki formamı bərpa etmək üçün gəlmişdim və istəyimə nail oldum. Bütün oyunlarda meydana çıxdım, komandanın ən yaxşılarından biri oldum və öz oyunumu tapdım. Klubdakı insanlarla danışmışam. Onlar da əməkdaşlığı davam etdirməyi arzulayırlar. Mənim üçün "Qarabağ"da oynamaq xoşdur. Qalmaq istərdim. Ancaq qərarı yalnız mən vermirəm. Dincəlmək üçün fasiləyə yollanıram. Ailəmlə vaxt keçirəcəm. Bundan sonra nəyin necə olacağını görəcəyik".

Bosniyalı qolkiper üçün Bakıda yeganə problem ailəsindən ayrı qalmasıdır: "Burada olmağımın yeganə pis tərəfi ailəmin mənimlə olmamasıdır. Bu, həqiqətən çox çətindir. İngiltərədə ailə nizamımız var. Hər zaman bir yerdə oluruq. Azərbaycanda qalan hər şey əladır. Bakıda istədiyim hər bir şərait var".

2015-2017-ci illərdə "Çelsi"nin formasını geyinmiş Asmir Beqoviç Antonio Kontenin komandaya gətirdiyi yeniliklərdən də bəhs edib: "O, öz zehniyyətinə görə Joze Mourinyodan xeyli fərqlənirdi. "Çelsi"yə gələndə özü ilə birlikdə 15 nəfər gətirmişdi. Komandada hər şeyi, hətta yeməkxanada içdiyimiz qəhvəni belə dəyişdirmişdi. Artıq daha yaxşısını içirdik (gülür). Bütün top-məşqçilər analiz və taktiki hazırlıqla çox məşğul olur. Konte bu mənada da detallı işləyirdi. Bu isə oyunçuların matçlara fərdi hazırlığına çox kömək edirdi. İş rejimi də kifayət qədər intensiv idi. Demək olar, istirahətimiz olmurdu".

Beqoviç "Çelsi"də çıxış edərkən tanış olduğu klubun rusiyalı sahibi Roman Abromoviçdən də danışıb: "Düzdür, o, çox az danışandır. Amma burada ciddi bir səbəb yoxdur. O, sadə, göz oxşayan və sözü üzə deyən oğlandır. Heç vaxt məşqçilərin işinə qarışmır. Ən azından oyunçular bunu hiss etmirdi".

Reklam

Reklam


blank
Ölkə futbolu2023-06-05 10:15

“Araz Naxçıvan”da gözlənilməz ayrılıq və yeni baş məşqçi

blank
Ölkə futbolu2023-06-05 10:00

Parisdən barmaq uzanmasa…

blank
Dünya futbolu2023-06-05 09:45

Ançelotti yeni transferlər istəyir

blank
Dünya futbolu2023-06-05 09:29

A Seriyasında qalmaq üçün əlavə matç oynanılacaq

blank
Dünya futbolu2023-06-05 09:14

İbrahimoviçin gözüyaşlı vidası

blank
Dünya futbolu2023-06-05 09:00

“Milan” Kamadanı tibbi baxışdan keçirəcək

blank
Ölkə futbolu2023-06-05 08:45

AFFA İcraiyyə Komitəsi nə vaxt yığışır?

blank
Digər idman növləri2023-06-05 08:30

Ferstappendən çempionluğa doğru daha bir addım – ulduzların gözü önündə…

blank
Dünya futbolu2023-06-05 01:57

“Barselona” mövsümün son matçında uduzdu

blank
Dünya futbolu2023-06-05 01:24

A Seriyasında mövsümə yekun vuruldu

blank
Digər idman növləri2023-06-05 00:36

Bakıdakı dünya çempionatı başa çatdı, keçici bayraq Çinə təqdim olundu

blank
Dünya futbolu2023-06-05 00:07

Liqa 1 klubu baş məşqçisi ilə vidalaşdı

blank
Dünya futbolu2023-06-04 23:17

Nağıyev qovuldu, komandası elitanı tərk etmək təhlükəsiylə üz-üzə qaldı

blank
Dünya futbolu2023-06-04 22:55

Mustafayevli “Aleksandriya”dan son oyunda heç-heçə

blank
Dünya futbolu2023-06-04 22:26

“Qalatasaray” “Fənərbaxça”nı darmadağınla yola saldı

blank
Dünya futbolu2023-06-04 21:54

Krivotsyukun komandası doğma meydanda uduzdu

blank
Digər idman növləri2023-06-04 21:26

İspaniya qran-prisinin qalibi bəlli oldu

blank
Digər idman növləri2023-06-04 20:42

Sərbəst güləşçilər reytinq turnirində 4 medal qazandı

blank
Ölkə futbolu2023-06-04 20:00

“Qusar” çempion oldu

blank
Ölkə futbolu2023-06-04 19:19

“Turan Tovuz”da daha bir yeni müqavilə

blank
Digər idman növləri2023-06-04 18:37

Azərbaycan millisi Bakıdakı DÇ-ni medalsız başa vurdu

blank
Digər idman növləri2023-06-04 18:08

Yığmamız Düşənbədən 4 medalla qayıdır

blank
Dünya futbolu2023-06-04 17:40

Paytaxt klubu 21-ci əsrdə bunu ilk dəfə bacardı

blank
Dünya futbolu2023-06-04 17:11

Nani Avstraliya klubundan ayrıldı

blank
Dünya futbolu2023-06-04 16:36

Premyer Liqa klubunda 2 ayrılıq

blank
Ölkə futbolu2023-06-04 14:52

“Qarabağ”ın legionerlərinə milli dəvət

blank
Dünya futbolu2023-06-04 14:17

“Real”da Benzema dövrü rəsmən bitdi

blank
Dünya futbolu2023-06-04 13:55

Super Liqada yeni rekordçu

blank
Ölkə futbolu2023-06-04 12:32

“Turan Tovuz”da üç yeni müqavilə

blank
Premyer-liqa2023-06-04 11:30

Klublarımızın yay bazarlığı – YENİLƏNİR

blank
Ölkə kuboku2023-06-04 10:22

Kubokun qaliblərinin mükafatlandırma mərasimi – VİDEO

blank
Digər2023-05-30 18:35

“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib – VİDEO

blank
Ölkə futbolu2023-05-30 11:42

Murad Musayevdən hakimlik və Qurban Qurbanov açıqlaması – VİDEO

blank
Premyer-liqa2023-05-29 00:31

“Qarabağ” çempionluq kubokuna qovuşdu – VİDEO

blank
Premyer-liqa2023-05-28 22:26

“Qarabağ”ın mövsümdəki son qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-05-28 20:07

“Sabah” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-27 23:21

“Şamaxı” elita ilə belə vidalaşdı – VİDEO

blank
Premyer-liqa2023-05-27 22:46

“Qəbələ”nin “Kəpəz”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-05-27 22:15

“Sumqayıt” son oyunda “Zirə”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-27 21:06

Rəşad Sadıqov: “Bu mövsüm mənim üçün böyük dərs oldu”

blank
Ölkə futbolu2023-05-25 13:00

“Sabah”ın çempionluq oyunu – VİDEO

blank
Premyer-liqa2023-05-22 22:13

“Qəbələ” Şamaxıdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:36

Tovuzda 4 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:15

“Sabah”la “Zirə”dən qolsuz “sülh” – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:04

“Qarabağ” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 20:40

“Kəpəz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 15:07

“Neftçi”də 3 itki – VİDEO

blank
Premyer-liqa2023-05-17 22:06

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-05-16 22:40

Şenol Günəşlə Cenk Tosun “Sabah”la oyun haqda – VİDEO

blank
Premyer-liqa2023-05-14 23:49

“Şamaxı” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Ölkə futbolu2023-05-14 15:19

“Sabah”la “Beşiktaş”dan 6 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-13 23:47

“Səbail” “Qarabağ”a böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-13 21:15

“Turan Tovuz” Qəbələdən 3 xalla döndü – VİDEO

blank
Premyer-liqa2023-05-12 22:11

“Kəpəz” Zirədən 1 xalla döndü – VİDEO

blank
Ölkə futbolu2023-05-11 23:13

“Beşiktaş”ın futbolçularından “Sabah”la xeyriyyə matçına çağırış – VİDEO

blank
Digər2023-05-10 13:30

AMADA “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər keçirib – VİDEO

blank
Premyer-liqa2023-05-08 23:55

“Qarabağ”dan “Qəbələ”yə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 22:16

“Səbail”dən Sumqayıtda əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:53

“Turan Tovuz”dan “Neftçi”yə 4 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:38

“Futbolçularımızda “Neftçi”ni udmaq istəyi çox idi” – Ayxan Abbasov

Facebook

Gündəm