Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti oyununa çıxıb.
"Sarı-qırmızılar" doğma azərkeşlər önündə "Adana Dəmirspor"la üz-üzə gəlib. 29 yaşlı qolkipermizin ehtiyat oyunçular skamyasından izlədiyi oyun 3:3 hesablı bərabərliklə sona çatıb.
Qeyd edək ki, "Kayserispor" 44 xalla 1- ci yerdə qərarlaşıb.