“Cenoa” yayda heyətini gücləndirəcək. İtaliya klubu mövsüm bitməmiş yeni futbolçusu ilə bağlı rəsmi açıqlama yayıb.

Futbolinfo.az xəbər verir ki, genuyalılar Norveç millisinin üzvü Morten Torsbyu ilə güclənəcək. Yarımmüdafiəçi üçün Berlin “Union”una 3,2 milyon avro ödəniləcək. Almanlar 2026-cı ilin yayınadək müqaviləsi olan 27 yaşlı futbolçunu satmağı lazım bilib.

A Seriyası təmsilçisi hazırda icarə əsasında xidmətindən yararlandığı futbolçunun çıxışından məmnundur.

Shares: