“Kəpəz”in maltalı yarımmüdafiəçisi Trent Buhagiarın futbolinfo.az saytına müsahibəsi
- Son matçda “Zirə”yə məğlub oldunuz. Sizcə, rəqib qələbəyə layiq idi, yoxsa heç-heçə ədalətli nəticə olardı?
- Düşünürəm ki, 1 xal qazanmaq daha yaxşı olardı. Matçın sonuna qədər əlimizdən gələni etdik. Təəssüf ki, xal qazanmaq üçün bunlar yetərli olmadı.
- Bu məğlubiyyət komandaya pis təsir edəcək?
- Düşünmürəm ki, bu komandaya hansısa təsiri olsun. Amma təbii ki, qələbələr lazımdır.
- 4 oyundan sonra Premyer Liqa başa çatacaq. Sizcə, liqadakı yerinizi necə saxlaya bilərsiniz?
- Məncə, bu liqada qalmağımızı təmin etmək üçün ən azı daha çox qələbə qazanmalıyıq. Futbolda hər şey mümkündür və əmin olmalıyıq ki, “Səbail” bizi çata bilməz.
- Öz oyununuz haqqında fikirləriniz necədir? Tam performansla oynaya bilərsinizmi?
- Bəli, tam performansla oynaya bilərəm.
- Bir çox məşhur klublarda çıxış etmisiniz. Azərbaycanda oynamaq sizin üçün çətindir? Azarkeşlər sizin oyununuzla razılaşmırlar. Çünki onlar sizdən çox şey istəyirlər. Onlara hansısa sözünüz var?
- Burada oynamaq çətin deyil. Bəli, oynadığım digər ölkələr və komandalardan fərqli idi. Amma Azərbaycana uyğunlaşdım və davam etməyə hazıram.
- Burada qalacaqsan, yoxsa getmək variantı var?
- Daha yaxşı şeylər edə bilərəm.
CAVAD






