“Nürnberq”lə vidalaşan Mahir Emrelinin yeni klubu hələ də bəlli deyil. Hazırda millinin düşərgəsində olan hücumçu qərarını qarşıdakı iki oyundan sonra verəcək.
Futbolinfo.az xəbər verir ki, həmyerlimizin xeyli müştərisi var. Onunla II Bundesliqa komandalarının az qala yarısı maraqlanır. Real təklif göndərənlərin, menecerlə təmas quranların sayı kifayət qədər çoxdur.
Mahir əsas liqada oynamaq istəyir. Ona görə də “Kayzerslautern”, “Fortuna” və başqalarının təkliflərinə ciddi önəm vermir. Əsas Bundesliqa təmsilçilərindən “Sankt Pauli” və daha bir komandanın dəvətləri daha çox götür-qoy edilir.
Lakin Emrelinin sürpriz planı olduğu deyilir. Belə ki, əsas Bundesliqa variantı alınmazsa, həmyerlimizin Almaniyanı tərk etməsi mümkündür. Əldə etdiyimiz məlumata görə, hücumçunun qitənin digər aparıcı futbol ölkələrndən birinə yollanmaq ehtimalı yaranıb. 27 yaşlı oyunçu qərarını yığmadan qayıdan kimi verəcək.






