Növbəti mövsüm üçün İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk klub müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu, “Koventri Siti” olub.

Sözügedən komanda Çempionşipin 43-cü turunda “Bləkbörn”lə heç-heçə edib və xallarının sayını 86-ya çatdırıb. “Koventri Siti” sona 3 tur qalmış 3-cü yerdəki “Milluol”u 13 xal qabaqlayıb.

Bununla da Frenk Lempardın komandası Premyer Liqaya vəsiqəni rəsmiləşdirib. “Koventri Siti” 25 il sonra ilk dəfə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.

Shares: