“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 1/4 finalında “Naxçıvan”a qarşı keçirdikləri ikinci oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 97:86 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:
“İlk oyunla müqayisədə ikinci qarşılaşma bizim üçün bir qədər çətin alındı. Pley-off mərhələsinin özəlliyi də bundadır. Oyunçu olaraq da bu hissi yaşamışam. İlk oyunda hesab arasındakı fərq böyük olduğundan ikinci oyuna psixoloji baxımdan köklənmək çətin ola bilər. Ona görə oyundan öncə də oyunçulara bildirdim ki, növbəti mərhələ haqda düşünmək hələ tezdir. Rəqibi hesabdan silmək olmaz. Lakin düşünürəm ki, ilk oyunla müqayisədə bu oyunun bizə daha çox faydası oldu. Bu qələbə bizə impuls verdi”.






