Kiprin “Omoniya” klubunun hücumçusu Jali Muaddibin karyerasını Azərbaycanda davam etdirəcəyi demək olar ki, dəqiqləşib.
Futbolinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu “Qarabağ”la danışıqları müsbət yekunlaşdırıb.
“Qarabağ” 25 yaşlı oyunçu ilə müqavilənin detallarını razılaşdırıb. Muaddibin Azərbaycan çempionu ilə anlaşması Kiprdə birmənalı qarşılanmır. Mütəxəssislər bunun ölkədə skaut sisteminin aşağı səviyyədə olmasından qaynaqlandığını düşünür.
Muaddibin başqa variantları da var. Lakin fransalı özü avrokuboklarda müntəzəm çıxış etdiyi üçün “Qarabağ” variantına üstünlük verib. Onun yayda ağdamlılara azad agent kimi keçidi gözlənilir.
Qeyd edək ki, Jali Muaddib “Omoniya”ya ötən ilin yayında Rumıniyanın “Botoşani” klubundan keçib.






