Massimiliano Alleqri “Milan”dan ayrılmaq niyyətində deyil. Təcrübəli mütəxəssis son günlər yayılan xəbərləri təkzib edərək “rossonyerlər”in baş məqçi postunda yola davam edəcəyini bildirib.

Futbolinfo.az xəbər verir ki, İtaliya yığmasının “sükanı arxasına” keçmək şansı da olan çalışdırıcı klubda işləməyin tərəfdarıdır: “Gələcəyim “Milan”a bağlıdır. Birlikdə bir yola çıxdıq və davam edəcəyik”.

58 yaşlı mütəxəssis cari mövsümün əvvəlində “Milan”a qayıdıb. Onun müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Alleqri 2010-14-cü illərdə “rossonyerlər”ə rəhbərlik etdikdən sonra iki dəfə “Yuventus”da çalışmışdı.

Shares: