“Milan”ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiyada ilin ən yaxşı futbolçusu mükafatına layiq görülüb. 40 yaşlı futbolçu karyerası ərzində 14-cü, ardıcıl olaraq isə 13-cü dəfə bu titula sahib çıxıb.

Modriç 2025-ci ilin yayında azad agent statusu ilə İtaliya təmsilçisinə keçib. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə “Milan”ın heyətində bütün turnirlər daxil olmaqla 35 matçda meydana çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Luka Modriçin klubla müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

Shares: