Tanınmış idman həkimi Jesse Morse sosial media hesabında “Los Anceles Leykers” komandasının sloveniyalı hücumçusu Luka Donçiçin meydançaya dönmə vaxtını açıqlayıb. Onun sözlərinə görə, 27 yaşlı basketbolçu 10-14 gün ərzində, yəni 6-10 may tarixləri arasında məşqlərə qayıda biləcək.
Donçiç aprelin 2-də bud əzələsindən 2-ci dərəcəli zədə alıb. Sloveniyalı oyunçu xüsusi müalicə üçün Avropaya yollanıb.
Qeyd edək ki, az oyun keçirməsinə görə Luka Donçiç bu mövsüm MVP olmağa namizədlərin siyahısında yer almaylıb.






