Nikolas Cekson Münhendə qalmayacaq. “Bayern” onun transfer hüquqlarını almaqdan imtina edib.
Futbolinfo.az xəbər verir ki, Almaniya çempionu mövsümün əvvəlində icarəyə götürdüyü seneqallı hücumçunun çıxışından məmnun deyil. Bu səbəbdən almanlar anlaşmada nəzərdə tutulan birdəfəlik satınalma bəndindən yararlanmayacaq.
“Çelsi” 2023-cü ilin yayında “Vilyarreal”dan 37 milyon avroya aldığı 24 yaşlı forvardı satmaq istəyir. “Bayern” 65 milyon avro ödəyəcəyi halda ona sahib çıxa bilər. Lakin münhenlilər bu qədər xərcə düşmək istəmir.






