Yannik Sinner mövsümün ilk 20 “Masters” matçında qalib gəlib. Bununla da o, Novak Cokoviçdən sonra bunu edən ilk tennisçi olub.
Sinner Madriddə keçirilən “Masters” turnirinin 4-cü raundunda Kameron Norrini 6:2, 7:5 hesabı ilə məğlub edib.
İtalyan tennisçi “Masters”lərdə ardıcıl qələbə sayını 25 oyuna çatdırıb. O, həmçinin bu kateqoriyalı turnirlərdə mövsümün ilk 20 matçında qalib gələn tarixdəki ikinci oyunçu olub. Novak Cokoviç əvvəllər bunu iki dəfə – 2011 və 2015-ci illərdə etməyi bacarıb.
Qeyd edək ki, Sinner “İndian Uells Masters” turnirinin başlanğıcından bəri uduzmayıb və bu onun ardıcıl 20-ci qələbəsidir.
İtaliyalı 22-ci dəfə “Masters” turnirinin ¼ finalına yüksəlib. O, yarımfinalda Rafael Hodar və Vit Kopriva arasındakı matçın qalibi ilə qarşılaşacaq.





