Misli Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha bir oyun baş tutacaq.

“Qarabağ” əsas izləyicilərindən olan “Turan Tovuz”la qarşılaşacaq. Turun mərkəzi oyununu Rəşad Əhmədov idarə edəcək.

Tura sabah keçiriləcək “Karvan-Yevlax” – “Neftçi” matçı ilə yekun vurulacaq. Daha öncə “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” “Sabah”a (0:3) uduzub, “Kəpəz” “Sumqayıt”a (2:1), “Zirə” “Qəbələ”yə (1:0) qalib gəlib.

Misli Premyer Liqası
30-cu tur

4 may

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
T.Bəhramov adına Respublika stadionu, 19:30.

Shares: