Azərbaycan təmsilçiləri Almaniyanın Münhen şəhərində keçirilən kapoeyra üzrə “Bimba Open 2026” beynəlxalq Avropa turnirində üç medal qazanıblar.
Futbolinfo.az xəbər verir ki, yeniyetmələrin mübarizəsində Mehriban Hacıbabayeva qızıl, Rəsul Muradlı bürünc mükafata sahib çıxıblar.
Gənclər kateqoriyasında isə Raul Hüseynov qızıl medal qazanıb.






