Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin “Turan Tovuz”la oyunla bağlı şikayətinə baxıb.

Futbolinfo.az xəbər verir ki, qurum “ağ-qaralar”ın şikayətini təmin etməyib.

Belə ki, Misli Premyer Liqasında 23-cü turun “Neftçi” – “Turan Tovuz” oyununda azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə meydan sahibləri 15000 manat cərimə edilmişdi. AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Shares: