FIFA 2026-cı il Dünya Çempionatının final turnirinin rəsmi mahnısını təqdim edib: “Dai Dai” (“Gəl, gəl!” və ya “Gəl!”). Mahnı kolumbiyalı müğənni Şakira və nigeriyalı müğənni-bəstəkar Burna Boy tərəfindən ifa edilib.
“Dai Dai” mahnısı Şakira və Burna Boyun ecazkar səslərini və enerjisini futbol, mədəniyyət və birliyin canlı təntənəsində bir araya gətirir”, – deyə FİFA-nın açıqlamasında bildirilir.
May ayının əvvəlində Şakira sosial mediada yeni mahnının bir dəqiqəlik tizerini paylaşmışdı.
Qeyd edək ki, kolumbiyalı “Vaka Vaka” (2010) və “La La La” (2014) kimi dünya hitlərinə çevrilmiş rəsmi mahnıların da ifaçısıdır.
Qurum mahnının əsas platformalarda mövcud olacaq yayımlarından əldə edilən gəlirin FIFA-nın Qlobal Vətəndaş Təhsili Fonduna gedəcəyini açıqlayıb.






