Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının ikinci turu start götürüb.
Futbolinfo.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 6 çəki dərəcəsində 245 cüdoçu mübarizəyə qoşulub.
Qızlar 40 kq, 52 kq, 70 kq, oğlanlar isə 50 kq, 66 kq, 90 kq çəki dərəcələrində qalib və mükafatçıları müəyyənləşdiriblər.
Cari ildə U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.
Medalçıları təqdim edirik:
Qızlar
40 kq
- Sofiya Bıkova (Maştağa İK)
- Ləman Bağırova (Naxçıvan UGİM)
- Fəridə Rəhimli (Naftalan UGİM)
- Rəvanə Əliquliyeva (Qəbələ, Bakı)
52 kq
- Məleykə Mürsəliyeva (Neftçi Sumqayıt)
- Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
- Yağmur Abdullayeva (Arifoğlu İK)
- Gülnarə Qasımova (Şahin 313 İK)
70 kq
- Türkan Məmmədli (Qədiroğlu İK)
- Zümrüd Əliyeva (RKİM)
- Lalə Səbziyeva (Sumqayıt şəhəri İOEUGİM)
- Məleykə Əsədova (Şahin 313 İK)
Oğlanlar
50 kq
- Ülvi Cəlilzadə (Neftçi İK)
- Hüseyn Əliyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
- Eldar Xəlilov (Goranboy OİK)
- Məhərrəm Bayramlı (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
66 kq
- Əli Cəfərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Həsən İbadov (Neftçi İK)
- Dünyamalı Asdanlı (Judo Club 2020 İK)
- Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
90 kq
- Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Musa Kəramətzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Munir Əlizadə (Atilla İK)
- Qədir Umudəliyev (Qədiroğlu İK)






