2-ci Liqada 2025/26 mövsümünün mükafatçıları müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Xankəndi” qızıl, “Qaradağ Lökbatan” gümüş, “Quba” bürünc medal qazanıb.
Hər üç komanda tarixində ilk dəfə mükafatçılar sırasına düşüb. Uzun fasilədən sonra 2023-cü ildə bərpa olunan 2-ci Liqa ardıcıl 3-cü dəfə PFL-in bayrağı altında təşkil olunub.
Baş tutan üç mövsüm ərzində yalnız bir komanda – “Şahdağ Qusar” iki dəfə “üçlük”də yer alıb. Əvvəlki iki mövsümdə mükafat qazanan 5 komandanın hamısı cari çempionatda 1-ci Liqada mübarizə aparır.
| Mövsüm | I yer | II yer | III yer |
| 2023/24 | Baku Sportinq | Cəbrayıl | Şahdağ Qusar |
| 2024/25 | Şahdağ Qusar | Şəfa | Şimal |
| 2025/26 | Xankəndi | Qaradağ Lökbatan | Quba |






