Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünün sonuncu – 33-cü turuna start veriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.
“Qəbələ” doğma meydanda “Şamaxı”nı sınağa çəkəcək. “Qəbələ” son tur ərəfəsində 23 xalla 11-ci, “Şamaxı” isə 38 xalla 8-cidir.
Son turun “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Qarabağ” oyunları 22 mayda, “Kəpəz” – “Neftçi” və “Araz-Naxçıvan” – “Zirə” matçları 23 mayda, “İmişli” – “Karvan” görüşü isə 24 mayda keçiriləcək.
Misli Premyer Liqası
33-cü tur
21 may
“Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu, 18:30.





