Azərbaycan 2026-27 mövsümünün UEFA klub reytinqinə 26-cı pillədə başlayacaq.

Futbolinfo.az saytının məlumatına görə, ölkəmiz cari mövsümlə müqayisədə növbəti sezon 1 pillə irəlidə start götürəcək.

Məsələ burasındadır ki, növbəti mövsümün startında 2021-22 mövsümünün göstəriciləri silinəcək. Həmin mövsüm isə Azərbayan 4,375 əmsal, Serbiya 9,500 əmsal itirəcək. Bu isə ölkəmizin serbləri üstələməsi ilə nəticələnəcək.

2022-23 mövsümündən bəri klublarımız ölkə reytinqinə 18,562 xal yazdırıblar.

Qeyd edək ki, Azərbaycan cari mövsümü reytinqdə 22,937 əmsalla başa vurub.

Shares: