“Yuventus” Məhəmməd Salahı heyətinə qatmaqdan imtina edib. Turinlilər misirli ulduzla danışıq aparsa da, son anda geri çəkilib.

Futbolinfo.az xəbər verir ki, “Liverpul”dan ayrılan cinah hücumçusu hazırda yeni iş yeri axtarır. Ərəb ölkələrindən bir neçə təklifi olan Salah Avropada qalmaq niyyətindədir.

Turinlilərin imtinasından sonra misirlinin aparıcı liqalarda karyerasını davam etdirmək şansı qalmayıb. Çox güman ki, onu “Fənərbağça” formasında görəcəyik. Çünki Salahın illik 20 mlyon avro maaş tələbini yalnız Türiyə klubu yernə yetirməyə hazırdır. “Yuventus” məhz bu maliyyə şərtləri üzündən danışıqları dayandırıb.

Shares: