Keçmiş Formula 1 pilotu Mik Şumaher “Indianapolis 500” dən sonra İndikarın ən yaxşı debütantı seçilib. Bu barədə çempionatın mətbuat xidməti sosial media hesabında məlumat yayıb.

Bir neçə il dözümlülük yarışlarında iştirak etdikdən sonra bu mövsüm “Rahal Letterman Laniqan Reysinq” komandası ilə seriyaya qoşulan alman pilot, İndikarda dörd yeni sürücüdən biri idi. Dennis Hauger, Kayo Kollet və Yakob Abel də onunla birlikdə ilk yarışlarını keçiriblər.

Şumaher yarışa 27-ci yerdə başlayıb. Bu da bütün debütant sürücülər arasında ən yaxşı nəticə olub. O, mərhələnin yekunlarına görə 18-ci yeri tutub. Ən yaxşı yeni sürücü seçilməklə yanaşı, Şumaher yarışda çıxışa görə verilən puldan əlavə 50 000 dollar da bonus qazanıb.

Shares: