Bu gün Premyer Liqa təmsilçisi “Sabah”ın təşəbbüsü ilə yeni uşaq meydançasının açılış mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, İçərişəhərin Dördbucaqlı Qala ərazisində baş tutan tədbirdə qoruq əməkdaşları, klub nümayəndələri, valideynlər, uşaqlar və digər qonaqlar iştirak ediblər.
Tədbir zamanı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun şöbə müdiri Cəloğlan İlyasov, sədr Rüfət Mahmud, Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov və “Sabah” klubunun koordinatoru Giorgi Minaşvili çıxış edərək layihənin əhəmiyyətindən danışıblar, yeni yaradılan meydançanın uşaqlar üçün önəmini vurğulayıblar.











