“Monako” Ansu Fatini transfer etməyə yaxındır. Fransa klubu İspaniya yığmasının hücumçusunu birdəfəlik heyətinə qatacaq.
Futbolinfo.az xəbər verir ki, “Barselona” Liqa 1 təmsilçisinə icarəyə göndərdiyi yetirməsini 11 milyon avroya satmağa razılaşıb. Ötən mövsüm “Monako”da 11 qol vuran hücumçunun müqaviləsinin detalları tezliklə açıqlanacaq.
23 yaşlı Qvineya-Bissau əsilli oyunçu vaxtilə gələcəyi parlaq oyunçulardan sayılırdı. Təsadüfi deyil, “Barselona” onun müqaviləsinə sərbəstqalma maddəsi olaraq bir milyard avro qiymət qoymuşdu. Lakin Fati ümidləri doğrultmadı və sıradan futbolçuya çevrildi.






