“Rolan Qarros” turnirində ¼ finalın oyunları keçirilir. Kişilərdə artıq 2 yarımfinalçı məlumdur.

Bu ilin əsas sensasiyalarından birinə çevrilən ispaniyalı Rafael Hodar Aleksandr Zverevlə bacarmayıb. Almaniyalı tennisçi 6:7 (3:7), 1:6, 3:6 hesablı qələbə ilə yarımfinala yüksəlib. Yakub Menşik isə Joao Fonsekaya qalib gələrək Zverevə rəqib olub – 6:4, 6:3, 7:6 (7:3).

Qadınların turnirində Mirra Andreyeva Sorana Kırstaya, Marta Kostyuk isə Elina Svitolinaya qalib gələrək yarımfinalda bir-birilərinə rəqib olublar.

Shares: