“Real”ın hhücumçusu Kilian Mbappe bu mövsüm La Liqada 90 dəqiqə ərzində müdafiə hərəkətlərinə görə ən aşağı göstəriciyə malikdir.
Madrid komandasının hücumçusu İspaniya liqasında 31 matçda cəmi altı dəfə müdafiə hərəkəti edib. Bu, oyun başına orta hesabla 0,2-dən azdır. Bu göstərici Mbappeni La Liqa oyunçuları arasında sonuncu – 344-cü yerdə qərarlaşdırıb. Vinisius Junior 336-cı yerdədir (32 xal, orta hesabla 90 dəqiqədə bir müdafiə hərəkəti).
“FotMob”un müdafiə hərəkətlərinə topu alma, qapıdan çıxarma, blok etmələr və topa müdaxilələr daxildir.
Xatırladaq ki, Mbappe başa çatan çempionatda ardıcıl ikinci mövsüm 25 qol vuraraq La Liqanın ən məhsuldar oyunçusu olub.






