“Turan Tovuz”un avrokubok müəmması daha iki klubu çətin vəziyyətdə qoyub. Bölgə təmsilçisi ilə bağlı yekun qərarın olmaması “Neftçi” ilə “Zirə”nin də düşərgəsində narahatlıq yaradıb.
Futbolinfo.az xəbər verir ki, “Turan Tovuz”un avrokuboklara buraxılmaması ilə bağlı şayiələr var. Amma rəsmi qərarı açıqlayan yoxdur. Klubun bugünkü bəyanatı da suallara aydınlıq gətirmədi. Tovuzlular qadağayla bağlı məlumatlandıqlarını, amma Konfrans Liqasına hazırlıqla bağlı planların dəyişmədiyini diqqətə çatdırdılar.
İndi AFFA UEFA-nın rəsmi qərarı açıqlamasını gözləyir. Yaxın dəqiqələrdə qitə futbol qurumu bunu etməlidir. Ondan sonra tovuzlular rəsmən CAS-a müraciət edəcək. Amma CAS-ın qısa müddətdə şkayətə baxacağı real görünmür. Bu isə o deməkdir ki, “Turan Tovuz” avrokuboka buraxılmayacaq.
Qərarlarda konkretliyin olmaması tovuzluları əvəz edəcəyi gözlənilən “Zirə”də çaşqınlıq yaradıb. Qəsəbə təmsilçisi qitə yarışlarına gedəcəyi halda hazırlığa başlamalıdır. Lakin indiyə qədər heç kim “Zirə”yə Konfrans Liqasına qatılacağı barədə məlumat verməyib. Eyni problem “Neftçi”ni də müəmmalıduruma salıb. Tovuzlular yarışdan uzaqlaşdırlsa, bakılılar I yox, II təsnifat mərhələindən mübarizəyə başlamalıdır. Bu isə hazırlıq planının dəyiməsi demək olacaq.
Hər iki klub yekun qərarı gözləyir. Həmin qərar isə hələ də açıqlanmır.






