Beynəlxalq Basketbol Federasiyasının (FIBA) Azərbaycanda milli təlimçisi Ələkbər Həsənov qurumun Bolqarıstanın Samokov şəhərində təşkil etdiyi seminarda iştirak edib. Bu barədə Azərbaycan Basketbol Federasiyasından bildirilib.
Mayın 29-dan iyunun 1-dək davam edən tədbirdə Avropa ölkələrinin basketbol federasiyalarının nümayəndələri bir araya gəliblər.
Seminar çərçivəsində qaydalardakı yeniliklər, hakimlik meyarları, referilərin hazırlanması prosesi və ədalət təmsilçiliyinin keyfiyyətinin artırılması ilə bağlı mövzular müzakirə olunub.






