Növbəti mövsümün hazırlıqlarınl davam etdirən “Şəfa” heyətinə daha bir futbolçu qatıb.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu Rauf Rüstəmli ilə anlaşıb. Onunla 3 illik müqaviləyə imza atılıb.
Rauf Rüstəmli son mövsümü Premyer Liqada sonuncu yeri tutub Birinci Liqaya yuvarlanan “Karvan-Yevlax”da keçirib. O, saytımıza açıqlamasında müqavilə ilə bağlı olduğu “Sabah”a qayıtdığını desə də, görünür burada uzun müddət qalmayacaq.
Qeyd edək ki, bir neçə oyunçunun “Şəfa” ilə ya anlaşdığı, ya da danışıq apardığı barədə xəbərlər var. Amma klub hələ nə yeni baş məşqçisini təyin edib, nə də oyunçularla bağlı rəsmi qərar verib.






