Milli Basketbol Assosiasiyasında final seriyasına start verilib.

“Frost Bank Center”də keçirilən ilk oyunda “Nyu-York Niks”i qəbul edən “San Antonio Spörz” azarkeşlərinin ümidini doğrultmayıb. Hərcənd “Spörz” ilk periodu 27:19 hesabı ilə öndə başa vurub. Hətta meydan sahibləri böyük fasiləyə də 7 xal fərqilə üstün yollanıb. Lakin fasilədən sonra oyunun mənzərəsi dəyişib.

İkinci hissədən etibarən təşəbbüsü ələ alan “Niks” son bölümdə vəziyyəti xeyrinə dəyişib. Nəticədə Nyu York təmsilçisi rəqibini 105:95 hesabı ilə məğlub edərək final seriyasına qələbə ilə start verib.

Qonaqların heyətində Ceylen Branson 30 xalla matçın ən məhsuldar basketbolçusu olub. Karl-Entoni Tauns isə 18 xal və 12 ribaundla komandasının uğuruna ciddi töhfə verib. “San Antonio”da ən yaxşı göstərici 26 xal toplayan Viktor Vembanyamaya məxsus olub.

Final seriyasının ikinci qarşılaşması iyunun 6-da yenidən San Antonioda keçiriləcək.

Shares: