Çinin aparıcı avtomobil istehsalçılarından biri olan BYD Formula 1 üzrə çempionatına qoşulmaq imkanlarını nəzərdən keçirməyə davam edir.

Yaponiya mətbuatının məlumatına görə, Monako Qran-prisi həftəsində şirkət rəhbərliyi Formula 1, Beynəlxalq Avtomobil Federasiyası və komandaların nümayəndələri ilə mühüm görüşlər keçirəcək.

Bildirilir ki, BYD-nin icraçı vitse-prezidenti Stella Li xarici yarışlarla bağlı araşdırmalardan sonra Monakoya yollanaraq şirkətin planlarını daha aydın şəkildə təqdim etməyi və Formula 1 tərəfinin mövqeyini öyrənmək fikrindədir.

Son dövrlərdə BYD-nin Formula 1-ə gəlişi ilə bağlı yayılan iddialar keçmiş “Red Bull” rəhbəri Kristian Hornerin paddoka mümkün qayıdışı ilə əlaqələndirilir. Horner və Stella Linin Kann Film Festivalı zamanı birlikdə görüntülənməsi bu mövzudakı müzakirələri daha da gücləndirib.

Shares: