UFC-nin sabiq yüngül çəki çempionu Həbib Nurməhəmmədov sahibkarlıq fəaliyyəti və biznes layihələri barədə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, dağıstanlı döyüşçünün sözlərinə görə, UFC-də çıxış etdiyi dövrlə müqayisədə biznes sahəsində işləmək daha çətindir:

“Artıq altı ildir ki, həm biznes layihələrimi idarə edir, həm də döyüşçüləri məşq etdirirəm. Bu isə vaxt bölgüsünə çox diqqətlə yanaşmağı tələb edir. Döyüşmək daha asan idi, çünki orada hər şey daha sadə və daha ədalətli idi. Biznesdə isə bəzən əlverişsiz şərtlər altında mübarizə aparmalı olursan. Biznesi komandasız qurmaq mümkün deyil. Mənim idman zalım, qəhvəxanalarım var və hər sahənin öz komandası fəaliyyət göstərir. Bunların hamısını bir-iki ilə qurmadım, bunun üçün beş-altı il vaxt sərf etdim. Uğurlu biznes yaratmağa çalışarkən ən vacib məsələ informasiyadır. Sən bu məlumatı komandanla bölüşməli, daim əlaqədə olmalı və açıq davranmalısan. Mən hər gün komanda üzvlərimlə əlaqə saxlamağa çalışıram”.

Qeyd edək ki, Nurməhəmmədov karyerasında sonuncu döyüşünü 2020-ci ilin oktyabrında keçririb. O, oktaqonda keçirdiyi 29 görüşün hamısında qalib gəlib.

Shares: