“Ferrari” komandasının britaniyalı pilotu Lüis Hemilton 2026-cı il futbol üzrə dünya çempionatında hansı milliyə azarkeşlik edəcəyini açıqlayıb. O, təkcə vətəni olan İngiltərə yığmasını dəstəkləməyəcək:
“İngiltərədə böyüdüyüm dövrdə Braziliya millisinin oyunlarını izləməyi çox sevirdim. Düzünü desəm, Braziliya həmişə mənim ən sevimli yığmam olub. Onlar möhtəşəm oynayırdılar. Mənim üçün Braziliya İngiltərə ilə eyni səviyyədədir. Braziliyalı futbolçuların peşəkar futbolçu olmaq üçün nələrdən keçdiyini və haradan gəldiklərini yüksək qiymətləndirirəm. Bir çox futbolçu küçələrdə, ayaqyalın oynayaraq yetişib. Braziliya mədəniyyətində həqiqətən xüsusi bir şey var”.
Qeyd edək ki, 2022-ci ilin noyabrında Hemilton ölkə ilə sıx əlaqələrinə, əfsanəvi pilot Ayrton Sennaya olan heyranlığına, həmçinin müxtəliflik və insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətinə görə Braziliyanın fəxri vətəndaşı adına layiq görülüb.






