“Mançester Siti” futbolçusu Divin Mukasa ilə müqaviləni uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2030-cu ilin yayına kimidir.

Qeyd edək ki, İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş Mukasa 2023-cü ildə “Vest Hem”dən “Mançester Siti”yə keçib. O, başa çatan mövsümü “Lester”də icarə əsasında oynayıb. Mukasa Çempionşipdə 15 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Shares: