Elgiz Kərəmli Misli Premyer Liqasında işləyəcək. O, I Liqada çempion etdiyi “Şəfa”dan ayrılsa da, elitada çalışmaq arzusu gerçəkləşir.
Futbolinfo.az xəbər verir ki, gənc çalışdırıcı hələlik köməkçi-məşqçi olağa qərar verib. Kərəmli “Kəpəz”in baş məşqçi postuna təyinat alacaq Arif Əsədovun dəvətini geri çevirməyib.
Gəncə təmsilçisi qarşıdakı mövsümə uğurla start vermək istəyir. Son illər çempionata bir qayda olaraq uğursuz abaşlayan “Kəpəz” yeni sponsorun və idarəçilərin gəlişi ilə iddiasını artırmaq arzusundadır.






