Peşəkar Tennisçilər Assosiasiyası (ATP) öz saytında dünya reytinqinin yenilənmiş versiyasını dərc edib. İlk 10-luqda ciddi dyişiklik baş verməyib. İtaliyalı tennisçi Yannik Sinner ATP reytinqinin lideri olaraq qalır.
15 iyun tarixinə olan yenilənmiş ATP reytinqi:
1 (1). Yannik Sinner (İtaliya) — 13.500 xal.
2 (2). Karlos Alkaras (İspaniya) — 9.960.
3 (3). Aleksandr Zverev (Almaniya) — 7.190.
4 (4). Feliks Ojye-Aliassim (Kanada) — 4.390.
5 (5). Ben Şelton (ABŞ) — 4070.
6 (6). Aleks de Minor (Avstraliya) — 4060.
7 (8). Daniil Medvedev (Rusiya) — 3810.
8 (7). Novak Cokoviç (Serbiya) — 3760.
9 (9). Teylor Fritz (ABŞ) — 3635.
10 (10). Flavio Kobolli (İtaliya) — 3540.






