Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmanın kapitanı Lionel Messi barəsində deməyə söz tapmır. Mütəxəssis bunu Əlcəzairə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra bildirib.
O, Messinin yüksək oyunu sayəsində qalib gəldiklərini bildirib: “Messi istədiyi müddətcə dünyanın ən yaxşısı olmağa davam edəcək. Onun barəsində deməyə söz tapmıram. Lionel bunu artıq 20 ildir bacarır. Messinin bütün dünyaya ötürdüyü hissləri və göstərdiyi futbolu dəyərləndirməliyik. Bu, həqiqətən inanılmazdır. Biz isə oyundan-oyuna mübarizəmizi davam etdirəcəyik”.
Qeyd edək ki, Argentina Əlcəzair seçməsini 3:0 hesabı ilə məğlub edib.






